Son dəqiqə
19-12-2025, 11:43

Bakıda dayə qulluq etdiyi yaşlı qadını döydü

Bakıda dayə qulluq etdiyi yaşlı qadını döydü
Bakıda alzheimer xəstəliyindən əziyyət çəkən 85 yaşlı qadın dayə tərəfindən döyülüb.

Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

1968-ci il təvəllüdlü Sabirabad rayon sakini Nuranə Ağayevanın dayə kimi çalışdığı mənzildə Elmira Həsənovanı döyməsi mənzilə quraşdırılmış müşahidə kameraları tərəfindən aşkarlanıb.

Belə ki, yaşlı qadının oğlu kameraya baxanda dayənin anasına “niyə yıxıldın?” deyərək acıqlanaraq vurduğunu, daha sonra yerdə sürüdüyünü görüb.

Maraqlıdır ki, daha öncə də xəstə qadın oğluna dayə tərəfindən döyüldüyünü desə də, övladı buna inanmayıb. O, anasına inanmamasının səbəbini yaşlı qadının yaddaşla bağlı ciddi problem yaşaması ilə əlaqələndirib.

Lakin Elmiranın oğlu görüntülərə baxanda Nuranənin anasına “Az, səni kim qıldıracaq?” deyərək hər iki əli ilə kürək nahiyəsinin boşluq hissəsindən əli vurub onu pəncəyərə doğru itələdiyini, yerdə oturanda başından vurduğunu görüb.

Bundan sonra Nuranə Ağayevanın əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Nuranə Ağayeva cinayət əməlinə görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yaşlı qadın oğlu ilə eyni binada, amma fərqli mənzillərdə yaşayıb. Övladları işləri ilə əlaqədar Elmira Həsənovaya zaman ayıra bilmədikləri üçün 800 manat maaş müqabilində Nuranə Ağayevanı xəstə baxıcısı kimi işə götürüblər.

Aztvxeber.az

Digər xəbərlər

Bakıda dayə qulluq etdiyi yaşlı qadını döydü
Mehriban Əliyeva: Bayrağımız Vətənimizin səmasında əbədi dalğalansın!
Putin Ramiz Mehdiyevi niyə QURBAN VERDİ? - ŞOK SƏBƏBLƏR
Vəfatından 40 gün ötən Cabir İmanovun məzarı
Həkim bizdən soruşdu, sistem vuraq, ya "smes"? - Qusar xəstəxanasından şikayət
11-ci sinif şagirdi vəfat etdi
Elman Mehdiyev maliyyə nazirinin müşaviri deyilmiş - RƏSMİ
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
Üçgünlük uşağını dənizə atan qadının keçmiş əri cinayətin detallarını açıqladı - TƏFƏRRÜAT
1900-cü illərdə Bakı - Paraşütdən atlama, trolleybus... - Nadir FOTOlar
Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü
Nasim Abışova yüksək vəzifə verildi - FOTO
İşdən çıxarılan aktyordan açıqlama: "Mən əsgərəm..."
Sumqayıtdan Bakıya yeni marşrut AÇILDI
Əli Əsədov qərar imzaladı
Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI
Tahir Mirkişili: Elektron siqaretlərin qadağası təklifi ictimai sağlamlıq baxımından vaxtında atılan addımdır
Kamaləddin Qafarov: “Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır”
SON DƏQİQƏ: Gələn il qaz limitləri ləğv oluna bilər
Nərminə Gündüzlü vəfat etdi
Pərviz Bülbülə: “Rəşadı ziyarət etmişəm, o, elə bir yerdədir...”
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: “Ramiz Mehdiyevin işi ilə əlaqəsi…”
İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi
“Baku Electronics”-də YOXLAMA
Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Professor: Beş il sonrakı karyeranı planlamaq artıq mümkün deyil
Azərbaycanda inanılmaz HADİSƏ - cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?
Bu ölkədə MATƏM elan olundu
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb