Son dəqiqə
30-10-2025, 18:20

Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: “Ramiz Mehdiyevin işi ilə əlaqəsi…”

Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: “Ramiz Mehdiyevin işi ilə əlaqəsi…”
“Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin ofisində aparılan əməliyyatla bağlı yayılan məlumatlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Məhkəmə qərarında qeyd olunur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları “sosial gərginliyi artırmaq və dövlət orqanlarını gözdən salmaq məqsədi daşıyan hərəkətlər” kimi qiymətləndirilib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Azərbaycan Reallığı”na açıqlamasında bacısı oğlu, “Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışıb.

Sərdar Cəlaloğlu bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həm media ofislərində, həm də Vüqar Məmmədovun yaşadığı evdə axtarış aparıblar:

“Evində axtarış zamanı heç nə götürülməyib. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildiriblər ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıb­lar. Çünki onun ürəyində problemlər var”.

ADP sədrinin sözlərinə görə, Vüqar Məmmədovun həbsi Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəli deyil və bu iddialar əsassızdır:

“Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar təxminən 6 ay əvvəl mənə çatdırılmışdı. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX bildirmişdi. Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa bir şey deyil.”

Sərdar Cəlaloğlu əlavə edib ki, Vüqar Məmmədovun əvvəllər də Ramiz Mehdiyevlə eyni cəbhədə dayanması barədə deyilənlər tamamilə əsassızdır:

“Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbsdə olub. Biznes fəaliyyətinə də müəyyən əngəllər törədilib, nəticədə müflis olub. Bizə qarşı Ramiz Mehdiyevdən daha çox düşmənlik edən şəxs yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənlik etdiyi şəxslər biz olmuşuq”.

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...