Son dəqiqə
11-12-2025, 20:49

Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar

Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı tarixi rol, onun siyasi uzaqgörənliyi və yaratdığı möhkəm idarəçilik ənənələri geniş şəkildə diqqətə çatdırılıb.

Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərinin məntiqi davamı olmaqla, onun dövlətçilik irsinə dərin ehtiramın göstəricisidir.

Baş prokuror qeyd edib ki, Heydər Əliyevin həm sovet dövründə respublikamızı böyük inkişaf yoluna çıxarması, həm 20 Yanvar faciəsi zamanı xalqın hüquqlarını cəsarətlə müdafiə etməsi, həm də 1993-cü ildə ölkə rəhbərliyinə qayıdaraq siyasi xaosu aradan qaldırması müasir Azərbaycanın taleyində həlledici rol oynayıb.

Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə əldə edilən 1994-cü il atəşkəsi, “Əsrin müqaviləsi”nin imzalanması, qlobal enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də hüquq sistemində aparılan islahatlar Azərbaycanın dayanıqlı və güclü dövlətə çevrilməsi üçün möhkəm baza yaratmışdır.

Çıxış zamanı vurğulanıb ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin tarixi dövlətçilik xidmətlərinin ən mühüm mərhələlərindən biridir. Onun rəhbərliyi ilə formalaşdırılmış bu əsas qanun müstəqil dövlətçiliyimizin siyasi-hüquqi sütununu yaradaraq demokratik idarəetmə modelinin, insan hüquq və azadlıqlarının təminatının, habelə hakimiyyət qolları arasında tarazlığın hüquqi çərçivəsini müəyyən edib.

Baş prokuror qeyd edib ki, bu gün ölkədə hüququn aliliyinin təmin olunması və institusional islahatların uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın verdiyi möhkəm hüquqi baza üzərində qurulub.

Diqqətə çatdırılıb ki, dahi liderin dövlətçilik fəlsəfəsi bu gün Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevanın da yaxından iştirakı ilə yeni mərhələdə uğurla davam etdirilir.





Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...