Son dəqiqə
19-11-2025, 11:32

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Dünyanın ən nəhəng şəxsiyyətlərindən biri sayılan Əmir Teymurun ölümündən sonra onun məzarının kodlaşdırılması barədə mifik rəvayətlər dolaşır. Qeyd edim ki, Əmir Teymur 1405-cü il fevralın 18-də Çinə səfər edərkən vəfat edib.

Son sözləri "Lə ilahə illəllah" və "Məni Seyid Bərkənin ayağı altında basdırın. Bir də ki... Nə olursa olsun, qılıncı əlinizdə möhkəm tutun. Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaşdırar, ruhunuzu məhv edər, qoymaz məqsədinizə çatasınız. Eşidirsiniz? Zəif olan məqsədinə çatmayacaq..." olub.

Öldükdən sonra cənazəsini Səmərqəndə aparıblar. Əmir Teymurun yanında övladları - Şahrux və Miranşah, nəvələri Uluqbəy və Məhəmməd Sultan, Mir Səid Baraka və Teymurilər sülaləsinin bir neçə başqa nümayəndəsi dəfn olunublar. Rəvayətə görə, nefrit daşı plitəsi monqollar tərəfindən Çin imperatorunun sarayından götürülərək monqol hökmdarlarının sarayında taxt kimi qoyulmuşdur.

1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi ekspedisiya təşkil edildi. Onun vəzifəsi Teymurun məqbərəsini tapmaq idi. Dəstənin rəhbəri tanınmış özbək tarixçi və riyaziyyatçısı, Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Taşmuhamməd Karı-Niyazov idi. Ekspedisiyanın tərkibinə Şərqin qədim dillərinin mahir bilicisi, tarixçi Aleksandr Semyonov, leninqradlı məşhur arxeoloq, antropoloq və heykəltəraş Mixail Gerasimov, tacik yazıçısı, alim və ictimai xadim Ayni və digərləri daxil idi.

Məzar 1941-ci il iyunun 21-də axşam açılıb. Fatehin kəlləsi sarkofaqda su olduğuna görə zəif qorunub saxlanılmışdır, baxmayaraq ki, tərkibində saç qalıqları var idi. Qaşüstü sümüyün forması və kəskin burun çıxıntısı onda klassik monqoloidlik əlamətləri olan epikantusun olmamasını, burnunun yastı olmadığını sübut edirdi.

Çürüməmiş tük qalıqlarına əsasən Əmir Teymurun saçlarının formasının düz və cod, saçlarının rənginin isə kürən olduğu məlum olmuşdur. O da məlum olmuşdur ki, Əmir Teymur çoxlarının onu təsvir etdiyi kimi bığlarını qısaltmamış, əksinə, uzun bığ saxlamışdır. Saqqalının forması üçkünc olmuşdur.

1941-ci ildə Gerasimovun rəhbərliyi ilə aparılan antropoloji tədqiqatlar göstərdi ki:

- Boyu təxminən 172 sm olub

- Bədəni güclü və əzələli quruluşa malik idi

- Sağ ayağında, topuq və baldır arasında ağır zədə izi olub, bu da onun hafizələrdə “topal” kimi qalmasına səbəb olub

- Çoxsaylı hərbi kampaniyalar səbəbilə bədənində bir neçə köhnəlmiş zədə izi olub

- Çiyinlər geniş, döş qəfəsi inkişaf etmişdi

- Əllərin və biləklərin sümükləri güclü, qalın və ağır yük daşımış bir döyüşçüyə uyğun tipdədir

- Dolixosefal (uzunsov) kəllə – uzunluğu eni ilə müqayisədə daha böyükdür

- Kəllə qapağı hündür, oksipital hissə (arxa hissə) bir qədər çıxıntılıdır

- Alın geniş və nisbətən dikdir.

Alimlərin ümumi qənaəti belə olub ki, Əmir Teymur qafqazoidin üstünlük təşkil etdiyi türk-moğol qarışıq morfotipi kimi təsnif olunmalıdır.

Qeyd edim ki, 1941-ci ildə aparılan qazıntı ekspedisiyası zamanı texnologiya və genetik metodologiya bugünkü ilə müqayisədə çox məhdud idi. O dövrdə müasir DNT analiz metodları mövcud deyildi. Lakin alimlərin məqbərədən götürdüyü nümunələr daha sonrakı dövrlərdə tədqiq edilib və müəyyən edilib ki, Teymurun haploqrupu “C2-F4002”-yə uyğun gəlir. Bu haploqrupun “prototürklərin varisləri olan tayfaların DNT kodu” kimi təsvir olunduğu da iddia edilir. (BAX: Genetic Continuity of Bronze Age Ancestry with Increased Steppe-Related Ancestry in Late Iron Age Uzbekistan və Genetic Echo of the Tarim Mummies in Modern Central Asians, məqalələri).

Babur öz atasının və əcdadlarının türk olduqlarını yazır: “Bizim ulus türkdür”. (BAX: Baburnamə, s. 23).

Ərəb tarixçisi Əhməd İbn Məhəmməd ibn Ərəbşah yazır: “O, boyca uca idi. Enli alnı var idi. Dərisinin rəngi bəyaz idi. Qol və ayaqları uzun, biləkləri enli idi. Uzun saqqalı var idi. Səsi gur idi”.

Maraqlıdır ki, Teymur Şahrux kimi kəfəndə deyil, Gerasimovun fikrincə, müasir tabut formasına uyğun gələn tabutda dəfn edilib. Qalıqların pis mühafizəsi antropoloqa Teymurun görünüşünü bərpa etməyə mane olmadı. Tamerlanın başını taxta qutuya qoyub Moskvaya aparıblar. Məqbərədə heç bir zinət əşyası aşkar edilməyib.

Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin başlanmasının Əmir Teymurun qəbrinin açılması (lənət) ilə bağlı ola biləcəyi haqda Stalinə məlumat verilib. Çaşqın vəziyyətə düşən Stalinə onu qorxudan bu məlumatı çatdıran şəxs məşhur sovet sərkərdəsi general G.Jukov olub.

Bundan sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili olaraq Əmir Teymurun qalıqlarını Qur-Əmirə qaytarmaq lazım olduğunu deyir.

1942-ci il noyabrın 15-də sümük qalıqları basdırılması üçün Moskvadan xüsusi qatarla Özbəkistana yola salınır. Hətta Stalinin xüsusi tapşırığı ilə sümük qalıqları böyük bir mühafizə ilə aparılıb. Müharibə şəraitinə görə sümük qalıqlarının Səmərqəndə geri qaytarılması təxminən 1 ay çəkib.

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...