Son dəqiqə
Səhiyyə
6-11-2025, 13:50
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR

Nevroloq Dərya Uludüz xəbərdarlıq edib ki, sağlam olmayan həyat tərzi, çirklənmiş hava, stress və digər amillər beynin qocalma prosesini sürətləndirir.
Həkim "Economist" nəşrinə açıqlamasında ev şəraitində beynin yaşını müəyyənləşdirməyin sadə üsulunu da açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, beynin qocaldığını göstərən beş əsas əlamət var: dilin ucunda olan sözü xatırlaya bilməmək, yeni bir şeyi öyrənməkdə çətinlik çəkmək, yuxudan oyandıqdan dərhal sonra yorğunluq hissi, eyni anda iki işi görə bilməmək və vacib görüşləri və ya əşyaların yerini unutmaq.
Uludüz bildirib ki, bu əlamətlər uzunmüddətli olarsa, bu, beynin sağlamlığı ilə bağlı problemlərin siqnalı ola bilər. Onun sözlərinə görə, sağlam yuxu rejimi, düzgün qidalanma, fiziki aktivlik və stressin azaldılması beynin cavan və fəal qalmasına kömək edir.
Aztvxeber.az





























