Son dəqiqə
15-12-2025, 13:47

Azərbaycanda bu şəxslərə iki dəfə çox maaş ödəniləcək

Azərbaycanda bu şəxslərə iki dəfə çox maaş ödəniləcək
“Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq”.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O xatırladıb ki, dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyə edilib.

“Belə ki, həmin günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.

Saatlıq vəzifə maaşının Məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaş ilə təmin olunması baxımından vacib idi. Belə ki, bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 25 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 3 saat əlavə işdə olubsa, həmin saatlara görə 75 manat deyil, ən azı 150 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək”.

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...