Son dəqiqə
19-12-2025, 11:19

Pensiya və müavinətlər bu qədər artırılacaq

Pensiya və müavinətlər bu qədər artırılacaq
2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əməkhaqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir.

Mövzu ilə bağlı açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2026-cı il üçün pensiyalarda orta aylıq əməkhaqqının artımına uyğun olaraq təxminən 9.2 % indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq.

Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əməkhaqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9.1 % artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir.

Ekspertin fikrincə, 2026-cı il üçün sosial sahədə həm pensiyalar, həm də müavinət və nağd yardımlar üzrə xərclərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir və bu addımlar vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir.

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...