Son dəqiqə
Kriminal
27-12-2025, 19:59
Qadın işlədiyi salonda qəfil öldü

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
Hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.
İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Aztvxeber.az






























