Son dəqiqə
27-12-2025, 20:13

2 milyonluq vergi borcu, milyonluq xarici biznes

2 milyonluq vergi borcu, milyonluq xarici biznes
Xaricdə yaşayan bloger Cavanşir Həsənliyə istinadən yayılan məlumatlara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan “İmprotex Industries” MMC-nin 2 223 740,24 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi kimi keçmiş nazirin qardaşı oğlu Ruslan Ələkbərov göstərilir.

Blogerin apardığı qısa araşdırma isə diqqətçəkən mənzərəni üzə çıxarır: Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətin direktoru ölkə xaricində – Lüksemburqdan İspaniyaya, Panamaya qədər geniş biznes şəbəkəsinə malikdir.

Məlumata görə, Ruslan Ələkbərov vaxtilə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Daşınmaz Əmlak Departamentinin rəhbəri olub və 2018-ci ilə qədər bu vəzifədə çalışıb. Onun adı Lüksemburqda yerləşən RA CAPITAL SÀRL beynəlxalq daşınmaz əmlak şirkətinin səhmdarları sırasında yer alır. Şirkətin rəsmi məlumatlarında Ruslan Ələkbərov daşınmaz əmlak investisiyaları üzrə “veteran” kimi təqdim olunur, SOFAZ-da 10 ildən artıq rəhbər vəzifələrdə çalışdığı, milyardlarla dollarlıq investisiyalara məsul olduğu qeyd edilir.

Araşdırmada Ruslan Ələkbərovun adının Panamada 2008-ci ildə qeydiyyatdan keçmiş FABRUS CONSULT A.G. adlı anonim şirkətin direktorları sırasında keçdiyi də bildirilir. Bundan əlavə, onun İspaniyanın Malaga bölgəsində, xüsusilə Marbella şəhərində daşınmaz əmlak, klinika və sağlamlıq mərkəzi sahələrində fəaliyyət göstərən azı 5 şirkətin sahibi olduğu vurğulanır. Bu şirkətlərdə Ruslan Ələkbərov “Administrador Único” – yeganə idarəedici şəxs kimi qeyd olunub.

Qeyd edilir ki, Ruslan Ələkbərov 2015-ci il İsmayıllı hadisələrindən sonra vəzifəsindən azad edilmiş sabiq icra başçısı Nizami Ələkbərovun oğludur. Həmin hadisələr zamanı Ələkbərovlar ailəsinin adı ciddi ictimai qalmaqallarda hallanmışdı.

Hazırda ailənin digər üzvləri də müxtəlif strukturlarda fəaliyyət göstərir: Vüqar Ələkbərov “İmprotex” şirkətlər qrupunun vitse-prezidenti, Günel Ələkbərova isə Azərbaycan Turizm Bürosunda sektor müdiri vəzifəsində çalışır.

Cavanşir Həsənlinin paylaşımı bir daha sual doğurur:

Azərbaycanda milyonluq vergi borcu olan şirkət, xaricdə isə milyonluq bizneslər... Bu ziddiyyət necə izah olunur?

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...