Son dəqiqə
9-11-2025, 20:20

"Gülməli çıxırdı, titulunun yanında hər zaman elə qeyd edirdilər" - Ceyhun Bayramov

"Gülməli çıxırdı, titulunun yanında hər zaman elə qeyd edirdilər" - Ceyhun Bayramov
"II Qarabağ müharibəsindən sonra ən vacib məqam ATƏT-in Minsk qrupunun rolunun azaldılması və heçə salınması idi. Onların mandatı münaqişə ilə bağlı idi, münaqişə yoxdursa, manadat yoxdur. Maraqlı idilər ki, münaqişə davam etsin".

Bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan "Təmas xətti” verilişinin ikinci hissəsində deyib.

"Dekabrın 12-si Prezidentin bir görüşü oldu. O görüş tam göstərdi ki, bunların yeni reallıqlarla bağlı heç bir baxışı yoxdur. Prezident də kifayət qədər açıq və sərt formada bildirdi ki, "Siz nə ilə məşğul olacaqsınız?” Bunlar çalışırdılar desinlər ki, burada müzakirə ediləsi elementlər qalıb. Məyus formada getmişdilər”.

Ölkənin Ali diplomatı sonrakı illərdə də Minsk qrupu ilə olunan təmaslardan bəhs edib:

"Son təmas İsveçdə ATƏT Nazirlər Şurası İclası çərçivəsində onlar bizə Ermənistan tərəfi ilə danışıqları təklif etmişdi. Biz razılıq vermişdik, ancaq həmin gün Ermənistan tərəfi növbəti təxribat etmişdi. Onlardan müxtəlif partiyaları təmsil edən böyük nümayəndə heyəti Qarabağa səfər etmişdi. Biz Stokholmda idik, məlumat daxil oldu, onda biz həmsədrlərə bildirdik ki, görüşdən imtina edirik. Ermənistan növbəti dəfə bizim ərazi bütövlüyümüzü pozmaqla, təxribatla məşğuldur. Bu məqsədli təxribatdır. Ondan sonra bizim onlarla təmasımız olmayıb.

Ermənistan müəyyən bir dövr ərzində israrla çalışırdı bunu həyatda saxlasın. Hərdən gülməli məqama kimi çıxırdı, deyək ki, Fransa, Amerika, Rusiyadan hansısa bir diplomatla görüşəndə (Baxmayaraq ki, bu bir həmsədr deyil, nümayəndədir-red.) hər zaman onun titulunun yanında "həmsədr ölkəni təmsil edən adam” kimi qeyd edirdilər".

Daha ətraflı videomaterialda:



Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...