Son dəqiqə
1-10-2025, 21:38

"Qarabağ" öz sxemi ilə "Kopenhagen"i məğlub edəcək gücdədir - İdman eksperti

"Qarabağ" öz sxemi ilə "Kopenhagen"i məğlub edəcək gücdədir - İdman eksperti
Bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Qarabağ"- "Kopenhagen"lə qarşıya-qarşıya gələcək.

Idman eksperti Kənan Məstəliyev bildirdi ki, Çempionlar Liqasının liqa mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Kopenhagen" matçı hər iki komanda üçün vacib qarşılaşmadır:

"Hər iki komanda birinci turda yaxşı oyun nümayiş etdirib və uğurlu nəticələr qazanıb. "Kopenhagen" güclü "Bayer Leverkuzen"lə bərabərə qalıb. "Qarabağ" isə daha üstün çıxış edərək Portuqaliya nəhəngi, Avropanın və dünyanın ən güclü komandalarından biri olan "Benfika"nı iki top geridən gələrək məğlub etməyi bacarıb. Bu qələbə təkcə Avropa deyil, dünya futbol ictimaiyyətində də geniş rezonansa səbəb olub, şok effekti yaradıb. "Qarabağ" bu uğurun davamını gətirməyə çalışacaq. "Kopenhagen" ciddi və güclü rəqibdir, sabit oyun üslubu ilə seçilir. Komanda 4-4-2 sxemi ilə, yarımmüdafiədə "cüt altılı" düzülüşündə çıxış edir. Daha çox cinah oyununa üstünlük verirlər. Cinahlarda say üstünlüyü yaradaraq asmalar və yer ötürmələri ilə cərimə meydançasındakı komanda yoldaşlarını tapmağa və qol şansı yaratmağa çalışırlar. Komanda kifayət qədər uğurlu çıxış edir və oyuna ciddi hazırlaşıb. Əslində, hər iki tərəf matça ciddi yanaşır. Oyun öncəsi mətbuat konfranslarında istər "Qarabağ", istərsə də "Kopenhagen" tərəfi bu hazırlığı və istəyi açıq şəkildə nümayiş etdirdi. Qurban Qurbanov da inamlı danışdı, komandasına güvəndiyini göstərdi ki, bu da müsbət haldır".



Ekspertin fikrincə, "Qarabağ" özünün 4-2-3-1 sxemi ilə rəqibin 4-4-2 düzülüşünə qarşı üstünlük qazana biləcək gücdədir.

"Komanda klassik top dövriyyəsini sürətli şəkildə həyata keçirməyi bacardıqda rəqibin müdafiəsindəki boşluqları tapacaq və bu fürsətlərdən istifadə etməyə çalışacaq. Komandamız doğma meydanda, azarkeşlərin dəstəyi ilə çıxış edəcək. Bu, böyük bir motivasiya mənbəyidir. Dünyanın gözü həmin anda Bakıda olacaq. Buna görə də komanda maksimum köklənməli və konsentrasiyanı qorumalıdır. Mənə görə, "Qarabağ" ciddi səhvlərə və risklərə yol vermədiyi təqdirdə Danimarka təmsilçisi "Kopenhagen"i məğlub edəcək gücdədir. "Qarabağ" indiyə qədər bu səviyyədə, hətta bundan daha yüksək səviyyədə olan komandalarla qarşılaşıb və yaxşı nəticələr əldə edib. Düşünürəm ki, biz "Kopenhagen"dən üstün oynamaq və qələbə qazanmaq gücündəyik və ümid edirəm ki, belə də olacaq", - deyə Kənan Məstəliyev vurğuladı.

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...