Son dəqiqə
29-11-2025, 20:41

Əli Kərimli “Ramiz Mehdiyev işi” üzrə saxlanılıb - DÖVLƏTƏ XƏYANƏT İTTİHAMI

Əli Kərimli “Ramiz Mehdiyev işi” üzrə saxlanılıb - DÖVLƏTƏ XƏYANƏT İTTİHAMI
AXCP sədri və Milli Şura lideri Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan istintaq tədbirləri nəticəsində saxlanılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlar mötəbər mənbələri tərəfindən təsdiqlənib. Bildirilir ki, saxlanılma Mehdiyevlə ehtimal edilən siyasi əlaqələrin araşdırılması ilə bağlıdır və proses üzrə hüquqi qiymətləndirmə davam edir.

Xatırladaq ki, Sabail rayon Məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı külli miqdarda leqallaşdırma) maddələri ilə ittiham olunur.

İstintaq versiyalarına görə, Mehdiyevin Rusiyanın xüsusi xidmət orqanları ilə gizli əlaqələr saxlaması, Azərbaycanda hakimiyyətin dəyişdirilməsi, prezident üsul-idarəsinin ləğv edilərək onun rəhbərliyi ilə 50 nəfərlik “Dövlət Şurası”nın yaradılması cəhdləri araşdırılır. Məlumatlara əsasən, Mehdiyevin həmin məxfi şurada müxalifət daxilindən, o cümlədən Əli Kərimlinin də adını hallandırdığı iddia olunur.

Hazırda Əli Kərimlinin bu proseslərlə bağlı hansı rola malik olub-olmaması və ya əlaqələrin hansı xarakter daşıdığı istintaq tərəfindən araşdırılır. Onun hansı maddələrlə ittiham ediləcəyi barədə yaxın vaxtlarda əlavə məlumatın açıqlanacağı gözlənilir.
Hazırda istintaq orqanlarının başqa həbslər də apardığı bildirilir.

Aztvxeber.az

Digər xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Abid Şərifov insult keçirib - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda bu şəxslərin maaşı ARTIB – RƏSMİ
Zahid Oruc ittihamlara cavab verdi
Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı
Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı
Bakıda avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT
Baş Prokurorluqda Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi - Fotolar
Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...
Prezident Kopenhagendə mühüm toplantının açılış mərasimində...
"Geyinirəm, bahalı maşın sürüb acıq verirəm"
"Pənah Hüseynin dostları həbs olunacaq" - Bayoğlu
Bu əlamətlər beynin qocaldığını göstərə BİLƏR
Bakıxanovda zəncirvarı qəza - 4 avtomobil toqquşdu
Qonşuda xərçəng peyvəndi - Azərbaycan sifariş edə bilər
Ərdoğan CAR-a gedir: Mühüm konfrans…
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR
Ramiz Mehdiyev 12-ci Ordunu necə qarşılayacaqdı? - İfşanın detalları
Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - QEYRİ-ADİ HADİSƏ
Robotu nazir təyin etdilər, o da rüşvət aldı
Ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
İsa Həbibbəylinin qızının 1 milyonu oğurlandı
Sabunçuda avtoqəza olub, ölən var
Kimlərə nar yemək olmaz – Təhlükə
Zabitlərin dinc dövrdəki hərbi xidmət müddətinin 6 ay azaldılması ilk oxunuşda qəbul edilib
İranda hicab məcburiyyəti ləğv edildi
2026-cı ildə ilk körpə Naxçıvanda dünyaya gəldi
Prezident bu vəzifəni Samir Şərifova həvalə etdi
Azərbaycana sığınan qaçqınların sayı...